Tanınmış vəkil həbs edildi
Tanınmış vəkil Adəm Məmmədov həbs edilib
Tacxeber.com-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə belə hökm çıxarıb.
Hökmə əsəsən vəkil Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətində azadlıqdan məhrum edilib.
Eyni zamanda Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədovda həmin maddələrlə təqsirli bilinərək 6 ay müddətinə islah işləri cəzası verilib.