Dəstəyə ümid edirik, görüşə hazırlaşıram – Zelenski
Yaxın vaxtlarda Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri nəzərdə tutulur.
Tacxeber.com xəbər verir ki, bunu dövlət başçısı özü deyib.
“Komandalarımız Ukrayna və Amerika Birləşmiş Ştatları görüş üzərində işə başlayıb. Andrey Yermak və Mixael Uolts danışıblar. Müsbət nəticələr var. Ümid edirik ki, gələn həftə ilk nəticələri görəcəyik”, – Zelenski qeyd edib.
Zelenski onu da əlavə edib ki, Ukrayna hazırda beynəlxalq müstəvidə aktiv diplomatiya yürütməkdədir.
O həmçinin bildirib ki, martın 6-da Brüsseldə keçiriləcək Aİ sammitinə fəal şəkildə hazırlaşır.