Putindən Makrona XATIRLATMA: “Bəziləri Napoleonun işğallarının necə sonlandığını unudub” – VİDEO
“Dünyada Napoleon Bonapartın işğalı dövrünə qayıtmaq istəyənlər var, amma bu tarixi hadisənin necə bitdiyini unudurlar”.
Tacxeber.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vətən Müdafiəçiləri” Fondunun əməkdaşları və himayədarları ilə görüşündə deyib.
“Kimsə hələ də Napoleonun işğalı zamanına qayıtmaq istəyir, bunun necə bitdiyini unudub”, – deyə Rusiya prezidenti Fransa lideri Emmanuel Makronun son bəyanatlarına cavab olaraq deyib.
Bundan əlavə, Putin Rusiyanın düşmənlərinin və əleyhdarlarının bütün səhvlərinin həmişə rus xalqının, eləcə də ümumrusiya mədəniyyətinin nümayəndələrinin xarakterini düzgün qiymətləndirməməkdən qaynaqlandığı qənaətində olduğunu bildirib.
Qeyd edək ki, martın 5-də Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində bildirib ki, Rusiya uzun illər Fransa və bütün Avropa üçün təhlükəyə çevrilib. Onun sözlərinə görə, Moskva opponentləri aradan qaldırmaq üçün “sərhədləri pozur”, “Rumıniya və Moldovada seçkilərə təsir edir”, “xəstəxanalara rəqəmsal hücumlar təşkil edir”, həmçinin “sosial şəbəkələrdə yayılan yalanlarla fikirləri manipulyasiya etməyə çalışır”.