• 06 Mart 2025 15:28

Trampdan sonuncu xəbərdarlıq: “Sizin üçün yol bitəcək!”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp HƏMAS-a ultimatum verərək, bütün girovların dərhal azad edilməsini tələb edib və əks halda ciddi nəticələrlə üzləşəcəklərini bildirib.

 

Musavat.com xəbər verir ki, Tramp bu açıqlamanı “Truth Social” hesabında paylaşıb.

 

““Şalom, HƏMAS” həm salam, həm də vidalaşma deməkdir – seçim sizindir. Girovların hamısını dərhal sərbəst buraxın, hələ gec deyil. Həmçinin, öldürdüyünüz insanların cəsədlərini geri qaytarın, yoxsa sizin üçün yol burada bitəcək”, – deyə o vurğulayıb.

 

Bundan əlavə, Tramp HƏMAS-ı İsrailə tam dəstək verməklə də təhdid edib.

 

“Mən İsrailə münaqişəni sona çatdırmaq üçün lazım olan hər şeyi göndərirəm. Əgər tələblərimə əməl etməsəniz, HƏMAS üzvləri üçün təhlükəsiz yer qalmayacaq. Elə indicə həyatlarını alt-üst etdiyiniz keçmiş girovlarla görüşdüm. Bu, sizin üçün son xəbərdarlıqdır! Hələ imkan varkən Qəzzanı tərk edin”, – deyə paylaşımda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər