• 10 Mart 2025 09:05

Bu ölkələrin vətəndaşlarının ABŞ-a girişi qadağan edilir – SİYAHI

Prezident Donald Tramp administrasiyası bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyacaq.

 

Bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.

 

Bildirilib ki, ABŞ hökuməti gələn həftəyə kimi qadağanı tətbiq edə bilər.

Agentliyin adının açıqlanmasını istəməyən mənbələri qeyd ediblər ki, bu qərar hökumət tərəfindən ölkənin təhlükəsizliyi üçün risklərin təhlili əsasında qəbul edilib.

“Nyu York Tayms” nəşri isə ABŞ-ın Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela, Yəmən və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyacağını yazıb.

 

Tacxeber.com

Oxşar xəbərlər