• 09 Mart 2025 08:27

Cənubi Koreyanın keçmiş prezidenti həbsdən azad edildi

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol  həbsdən azad edilib. 

 

Tacxeber.com xəbər verir ki, məhkəmə onun həbsinin götürülməsi barədə vəsatətini təmin edib.

 

Keçmiş prezident ötən ay Seul Mərkəzi Dairə Məhkəməsinə dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamların qanuniliyinə etirazla bağlı sorğu göndərib. Məhkəmə onun arqumentləri ilə razılaşaraq, sabiq dövlət başçısının azadlığa çıxmasına icazə verib.

 

Qeyd edək ki, Cənubi Koreya parlamenti dekabrın 14-də Yun Sok Yola impiçment elan edib. O, yanvarın 15-də saxlanılıb. Yanvarın 19-da məhkəmə onun konstitusiya quruluşuna qarşı üsyan ittihamı ilə həbs qətimkan tədbiri seçib. Yanvarın 23-də prezidentin üsyanı ilə bağlı iş prokurorluğa verilib. Keçmiş prezident qiyamda təqsirli bilinərsə, o, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər.

Tacxeber.com

Oxşar xəbərlər