• 09 Mart 2025 08:53

“Pul ödəməyən ölkələri qorumayacağıq” – Tramp

“NATO ölkələri ödəniş etməsə, onları müdafiə etməyəcəyəm”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, ABŞ-nin NATO-ya digər ölkələrdən daha çox pul ödədiyini bildirib:

 

“Dedim ki, əgər pul verməsəniz, sizi müdafiə etməyəcəyik. Mən bunu 7 il əvvəl dedim və yüz milyonlarla dollar ödədilər. Soruşdular ki, borcumuz olsaydı, bizi müdafiə edərdin? Dedim ki, yox, müdafiə etməzdim. NATO-nu potensial olaraq yaxşı görürəm, lakin NATO-da bu ödəniş vəziyyəti çox ədalətsizdir”.

 

ABŞ lideri Rusiya və Ukrayna ilə müzakirələrin davam etdiyini, əhəmiyyətli irəliləyiş olduğunu söyləyib:

 

“Son iki gündə Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdik. Ukrayna razılaşma əldə etmək istəyir, çünki onların başqa variantları olduğunu düşünmürəm. Düşünürəm ki, Rusiya da razılaşmaq istəyir”.

Tacxeber.com

Oxşar xəbərlər