Azərbaycanda “Əziz Sancar fəxri diplomu” təsis edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Əziz Sancar fəxri diplomu” təsis olunub.
Tacxeber.com xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Bundan başqa, AMEA “Üzeyir Hacıbəyli fəxri diplomu”, həmçinin “Lev Landau fəxri diplomu” da təsis edilməsini qərara alıb.
Qeyd edək ki, türkiyəli alim Əziz Sancar 2015-ci ildə DNA təmiri sahəsində araşdırmalarına görə kimya üzrə Nobel mükafatını alıb.
Bakıda doğulmuş Lev Landau isə kvant mexanikası, bərk cisimlər fizikası, plazma fizikası və kosmologiya sahələrində inqilabi kəşflərə imza atıb, 1962-ci ildə Nobel mükafatına layiq görülüb.