Tramp Zelenskinin resurslarla bağlı sazişi imzalayacağına inanır
ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskinin Ukraynanın mineral ehtiyatları ilə bağlı saziş imzalamaq üçün Vaşinqtona qayıtmasını gözləyir.
Bu barədə Amerika lideri “Fox News” telekanalına müsahibəsində danışıb.
O, aparıcının Zelenskinin Vaşinqtona qayıdıb mineral ehtiyatlar üzrə saziş bağlayacağını gözləyirsinizmi sualına cavabında deyib: “Bəli, düşünürəm ki, bu baş verəcək”.
Bundan əvvəl NBC telekanalı mənbələrə istinadla bildirib ki, ABŞ-ın Kiyevə hərbi yardım göstərməsini və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməsi üçün Ukraynanın faydalı qazıntıları üzrə sazişin bağlanması kifayət etməyəcək.