• 10 Mart 2025 15:49

“Ariel”in reklamı QADAĞAN EDİLDİ – Nazirlik 2,2 milyon cərimələdi – SƏBƏB

“Procter & Gamble” şirkətinin “Ariel” markasına aid reklam istehlakçıların şikayətləri əsasında Türkiyənin Ticaret Nazirliyi tərəfindən qadağan edilib.

 

Tacxeber.com xəbər verir ki, buna səbəb reklamın reallığı əks etdirməməsidir.

 

Belə ki, reklamda “Ariel Hızlı Çözünme Dağ Esintisi” adlı toz yuyucu vasitənin rəqiblərindən daha az miqdarda istifadə olunduqda belə daha yaxşı təmizlik verdiyi iddia olunurdu.

 

Lakin Reklam Şurasının apardığı yoxlamalar göstərib ki, bu iddianın sübut kimi göstərilən IPSOS hesabatı etibarlı deyil və müqayisəli testlər düzgün şərtlər altında aparılmayıb.

 

Araşdırma zamanı məlum olub ki, reklamdakı kimi ləkələrin tək yuyulmada çıxması üçün parçalar əslində səkkiz dəfə yuyulub.

 

Beləliklə, reklamın müvafiq qaydalara zidd olduğu müəyyən edilib və “Procter & Gamble” şirkətinə 2,2 milyon lirə cərimə tətbiq edilib, reklamın yayımlanması isə qadağan edilib. (milli.az)

Tacxeber.com

Oxşar xəbərlər