“Dövlətin kinoya ayırdığı vəsait lazımi formada xərclənmir”
“Azərbaycanda kino istehsalı artırılmalıdır, başqa yol yoxdur”.
Tacxeber.com apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi kinorejissor Əlisa Cabbarov deyib.
Onun sözlərinə görə, dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir: “Ayrılan pullar hesabda yığılıb qalıb. Bunun səbəbi nədir? Kino ictimaiyyəti bunu anlamır”.