“Kostyum geyinmədiyim üçün üzr istəyirəm” – Zelenski+Video
Ukrayna Prezidenti Volodimir Zelenski “Şevçenko mükafatı”nın təqdimat mərasimində çıxış edərkən tədbirə kostyumsuz gəldiyinə görə üzr istəyib.
“Qafqazinfo” xəbər verir ki, video dövlət başçısının ofisi tərəfindən sosial şəbəkələrdə yayımlanıb.
“Bir daha bütün ukraynalı yaradıcılara çox təşəkkür edirəm. Kostyum geyinmədiyim üçün üzr istəyirəm”, – Zelenski gülümsəyərək deyib.
Bundan sonra zalda alqış sədaları səslənib.