• 10 Mart 2025 23:16

Sahil Babayev dəyişikliyə başladı: Rektorun qardaşını işdən çıxardı – Fotolar

Maliyyə Nazirliyi Aparatının rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə yeni maliyyə naziri Sahil Babayev Əmr imzalayıb.

 

Maliyyə Nazirliyindən saytımıza xəbəri təsdiqləyiblər.

 

Bildirilib ki, Natiq Həsənov Maliyyə Nazirliyinin yeni Aparat rəhbəri təyin edilib. O, 2018-ci ildən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

 

Qeyd edək ki, Cavanşir Yusifov sözügedən vəzifədə 6 ildir çalışırdı. O, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun qardaşıdır.

Fotoda Natiq Həsənov

Fotoda Cavanşir Yusifov

Tacxeber.com

Oxşar xəbərlər