• 11 Mart 2025 02:37

Starmer yeni Ukrayna sammiti keçirir: koalisiya yaradılacaq?

Böyük Britaniyanın Baş naziri Keyr Starmer onlayn rejimdə Ukrayna ilə bağlı yeni beynəlxalq sammit keçirəcək.

 

Bu barədə Britaniya hökumət başçısının nümayəndəsi məlumat yayıb.

 

Bildirilib ki, virtual sammit martın 15-də baş tutacaq və martın 2-də Londonda Starmerin ev sahibliyi etdiyi görüşün davamı olacaq.

 

Qeyd edək ki, martın 2-də Londonda Ukraynaya yardımla bağlı 18 dövlət və assosiasiyanın nümayəndələrinin iştirak etdiyi sammitdən sonra Starmer Kiyevi dəstəkləmək üçün koalisiya yaratmağa çalışacağını bildirmişdi. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər