Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib – İlon Mask

ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib.
Tacxeber.com xəbər verir ki, bunu ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatlarına əsasən bildirib.
“Bayden administrasiyası hökumət xərclərini yarım trilyon dollar itirib. Biz bunu minimuma endirməyə çalışırıq və vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni edirik”, – deyə Mask “Fox Business”ə müsahibəsində bildirib.