“Boşanmaların təşəbbüskarının 70%-i qadınlardır”
Azərbaycanda boşanmaq üçün təşəbbüs göstərənlərin 70 faizi qadınlardır.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə bildirib.
“Bunun səbəbi nədir? Məişət zorakılığı faktları var. Onlar xasiyyətlərin uyuşmamasını əsas gətirir. Görünür, daha dərin səbəblər var. Ailə qanunvericiliyi ilə bağlı yeni dəyişikliklər paketini hazırlamışıq. Bu yaxın zamanda Milli Məclisə təqdim olunacaq.