• 12 Mart 2025 21:51

Ermənistan Azərbaycana hücum etməyəcək!

Bəzi dostlarımız and-aman edir ki, Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşır. Bu gün olmasa da sabah mütləq ermənilər Azərbaycana hücum edəcək.

 

Əlbəttə, bu, yalan söhbətdir. Bu soxa-soxda Ermənistanın Azərbaycana hücum etməsi heç nəzəri baxımdan da mümkün deyil. Bəs, nədən Azərbaycan mətbuatı belə şeylər yazır, bu fikri tirajlamağa çalışır. Aydındır ki, Azərbaycan mediası total şəkildə iqtidarın nəzarəti altındadır. Və belə yazılar iqtidarın sifarişi ilə qələmə alınır. Yaxşı, möhtərəm iqtidarımız niyə belə bir təbliğat aparır? Məncə, iqtidar Ermənistana təzyiq göstərmək üçün rəsmi İrəvanı müharibə ilə hədələyir. Dediyi də odur ki, Zəngəzur dəhlizini açmalısan, açmasan Zəngəzuru zorla ələ keçirəcəyik. Əlbəttə, bu kontekstdə Azərbaycana belə bir təbliğat aparmağın faydası var. Və mən bunu anlayışla qarşılayıram.

 

Ancaq bizim jurnalistlər barıtın bir az çox edirlər. Və insanların bir çoxu inanır ki, Ermənistan həqiqətən də Azərbaycana hücum edəcək…

“Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzərində işi başa çatdırmağa çox yaxındır”, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Özü də bu sözü dünən deyib…

 

Türkiyədə də jurnalist qalmayıb. Az qala hamılıqla gəlib Nikol Paşinyandan geniş bir müsahibə götürüblər.

O gün mən yazmışdım, görürəm ki, bu gün Ermənistan mətbuatında da həmin fikir özünə yer alıb. Ermənilər deyir ki, Nikol Paşinyan Tayyib Ərdoğanla o qədər yaxındır ki, Vladimir Putindən qorunmaq üçün Türkiyəyə sığına bilər…

Sözümün canı odur ki, Ermənistan Azərbaycana hücum-zad eləmiyəcək. Rahat olun. Hücum olsa-olsa, Azərbaycan tərəfindən olacaq…

 

Elbəyi Həsənli – Sürix

Tacxeber.com

Oxşar xəbərlər