Meyvə və tərəvəzlər əslində çəki artımına SƏBƏB OLURMUŞ

Avstraliyalı qadın yüksək kalorili meyvə və tərəvəzlərdən imtina edərək 18 kiloqram arıqlayıb.
Tacxeber.com xəbər verir ki, championat.com-a danışan avstraliyalı Dona Marş bildirib ki, illərdir sağlam qidalandığını düşünərək yediyi meyvə və tərəvəzlərin əslində çəki alaraq 93 kq-ya çatmasına səbəb olurmuş.
Qadının sözlərinə görə, əvvəllər hər gün yediyi meyvə və tərəvəzlərin ideal pəhrizin əsasını təşkil etdiyini düşünürmüş, lakin yanılıb.
Belə ki, gün ərzində sadəcə meyvə və qaynanmış tərəvəzlər yeməklə o, heç bir kq da çəki ata bilməyib.
Diyetoloq ona gündəlik kkal qəbulunu 900-ə endirməyi və adi pəhrizini diversifikasiya etməyi nəzərdə tutan “The Fast 800” proqramını sınamağı təklif edib.
Zamanla Marş müntəzəm olaraq təbii qatıq, salatlar, qızılbalıq, toyuq və qırmızı ət yeməyə başlayıb. Bir neçə ay ərzində isə 18 kq arıqlayıb.