• 14 Mart 2025 22:42

Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini DİNLƏDİR? – İlginc AÇIQLAMA

Bir neçə gündür ki, “Bakı Metropoliteni”nin “28 May” stansiyasının platformasında müxtəlif musiqilər səsləndirilir. Metropolitenin bu addımı pozitivliyə hesablansa da, səsləndirilən mahnılar arasında həm də xarici musiqilərə üstünlük verilməsi sərnişinlər arasında birmənalı qarşılanmayıb.

 

Əksər vətəndaşlar bununla bağlı narazılıqlarını da dilə gətiriblər.

Belə ki, ötən gün “28 may “ metrostansiyasının platformasında “Sarı gəlin” xalq mahnısı səsləndirilsə də, bu gün səhər saatlarında Türkiyənin “Ah İstanbul” musiqisinə yer verilib. Elə narazılıqlar da bundan sonra başlayıb. Əcnəbilərin də istifadə etdiyi ictimai nəqliyyatda Azərbaycan mahnıları deyil, həm də xarici ölkələrin musiqilərinin təbliğ olunması tənqidlə qarşılanıb.

 

Sərnişinlərin çoxu Azərbaycanın paytaxtı Bakıda İstanbulla bağlı musiqinin səslənməsini doğru addım hesab etməyiblər.

 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında sözügedən yeniliyin səbəbini səs və aidiyyəti texniki qurğuların yoxlanılması ilə əlaqələndirib:

 

Qurum rəsmisinin İstanbulla bağlı səslənən musiqiyə münasibəti isə belə olub:

 

“Əsas odur ki, zövqü korlayan bayağı heç nə yoxdur. Heç bir musiqi parçasının xüsusi səbəbi yoxdur, dediyim normalar çərçivəsində olması vacibdir”, – deyə Bəxtiyar Məmmədov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər