• 15 Mart 2025 03:11

Qrenlandiya baş nazirindən Donald Trampa sərt ismarıç: artıq kifayətdir!

Qrenlandiyanın baş naziri Mute Egede, ABŞ prezidenti Donald Trampın adanın mümkün ilhaqı ilə bağlı son açıqlamaları fonunda, martın 13-də Facebook-da Qrenlandiya partiyası liderlərinin toplantısına təşəbbüs göstərəcəyini açıqlayıb.

 

Tramp martın 13-də NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib ki, o, Qrenlandiyanın ilhaqının “baş verəcəyini” düşünür, çünki “beynəlxalq təhlükəsizlik üçün bu, lazımdır”. Egede daha sonra qeyd edib ki, “müəyyən mənada” Trampın açıqlaması ilə razılaşa bilməz. O, seçkinin nəticələrinə hörmətlə yanaşdığını, lakin hazırkı hökumət başçısı kimi partiya liderlərinin tez bir zamanda çağırılmasını xahiş etdiyini də əlavə edib. “Çünki bu dəfə biz Trampa qarşı müqavimətimizi kəskinləşdirməliyik. Özümüzə daha hörmətsizlik edilməsinə icazə verməməliyik. Artıq kifayətdir”, – o vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər