Vəziyyət çox pisdir – Çubays
Rusiya yol ayrıcındadır. Ya müharibəni davam etdirməlidir, ya da yeni şərtlərlə razılaşmalı və ABŞ-la tərəfdaşlıq qurmalıdır.
Bunu rusiyalı oliqarx, “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays deyib.
“ABŞ irəliləyişdir. İqtisadiyyatın bir çox sahələrində onlar çox irəliyə gedib. Mən Rusiya iqtisadiyyatının real vəziyyətini bilirəm. Prezidentə təsir edən insanlar ona həqiqəti deməlidir. Elvira Nabiullina (Rusiya Mərkəzi Bankının rəhbəri – red.) bir çox cəhətdən vəziyyəti idarə edə bilir, lakin hər şeyin bir həddi var”, – Çubays bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Kremlə təzyiq göstərmək üçün geniş mexanizmləri var:
“Rusiyaya ABŞ-dan investisiyalar və texnologiyalar lazımdır. Bu, ölkəni müharibə vəziyyətinə keçidin dönməz nəticələrindən xilas etmək üçün bir şansdır. Rusiya müharibə bitdikdən sonra da onların üzərində yaşamağa davam edəcək, çünki texnika və silah ehtiyatları tükənib və yeni ehtiyatların istehsalı üçün illər lazım olacaq”. (Axar)