İrandan qaçan rejissor: “Burada sənətçilər İslam Respublikasının girovlarıdırlar”

“İranlı sənətçilər İslam Respublikasının girovlarıdırlar. Buna baxmayaraq, onların şüarları bütün dünyaya yayılıb”.
Tacxeber.com xəbər verir ki, bu barədə məşhur iranlı kinorejissor Məhəmməd Rəsulof “The Hollywood Reporter” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, gənc sənətçilər və kinorejissorlar ölkədə çətin vəziyyətdədirlər.
“Məncə dünya kinosu və ümumilikdə dünya ictimaiyyəti iranlı sənətçilərin nə qədər vacib və bənzərsiz olduğunu görməlidirlər”, – deyə o vurğulayıb.