• 15 Mart 2025 18:54

Plastik cərrahlarla bağlı yoxlama apreldə başa çatacaq – Nazir

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.

 

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, nəticələr ictimaiyyətə elan ediləcək.

 

Nazir onu da bildirib ki, icbari tibbi sığorta paketinə yeni müayinələr əlavə ediləcək: “İcbari tibbi sığorta xidmətlər zərfinə 3315 xidmət daxildir. Bu il də müəyyən tibbi prosedurlar əlavə edliləcək”.

 

Tacxeber.com

Oxşar xəbərlər