• 16 Mart 2025 00:06

Sumqayıtda qadın liposaksiyadan sonra dünyasını dəyişib

Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

 

Tacxeber.com “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

 

1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

 

Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər