Trampdan “Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı – Fərman

Martın 14-də ABŞ Prezidenti Donald Tramp 7 federal qurumun ləğvi barədə fərman imzalayıb.
Tacxeber.com xəbər verir ki, müvafiq fərman Ağ Evin rəsmi saytında dərc edilib.
Həmin qurumlar arasında “Azadlıq radiosu” və “Amerikanın səsi”ni idarə edən Qlobal Media Agentliyi də yer alır.
Sənəddə həmçinin bildirilir ki, Tramp bu qərarı federal bürokratiyanın həcmini azaltmaq məqsədilə qəbul edib.