Durovun Dubaya uçuş xəbərindən sonra “Toncoin” kəskin bahalaşdı
“Toncoin” kriptovalyutası onun yaradıcısı Pavel Durovun Fransadan Dubaya uçması xəbərindən sonra 21,58% bahalaşıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.
Fransa məhkəməsi “Telegram”ın qurucusu Pavel Durovun ölkəni tərk etməsinə icazə verib. Durova bir neçə həftəyə qayıtmaq şərti ilə Fransanı tərk etməyə icazə verilib.