Paşinyan Pezeşkiana zəng etdi: Bildirdi ki, Azərbaycanla…
Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla telefonda İrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin təsdiqlənməsinin başa çatmasını müzakirə edib.
Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir İran İslam Respublikasının Prezidentinə “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş” layihəsinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatması barədə məlumat verib”, – mətbuat xidməti bildirib.