Yenə də hüquq müdafiəçisi həbs olundu.
Seçki Müşahidə Alyansının koordinatoru Məmməd Alpay Məmmədzadə barəsində 3 ay 28 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qərar martın 14-də Binəqədi rayon məhkəməsi tərəfindən verilib.
Məmməd Alpay Məmmədzadə Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə birgə saxlanılıb.
Binəqədi rayon məhkəməsi Bəşir Süleymanlı barəsində də 3 ay 28 gün həbs qətimkan tədbiri seçmişdi.
Məmməd Alpay Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Onun koordinatoru olduğu Seçki Müşahidə Alyansı hazırda Azərbaycanda fəaliyyət göstərən və seçki monitorinqi ilə məşğul olan az sayda qurumdan biridir.
Hər iki hüquq müdafiəçisinin saxlanması 2014-cü ildə Baş Prokurorluğun İstintaq Idarəsində yerli və xarici qeyri hökumət təşkilatları (QHT) ilə bağlı açılmış cinayət işi ilə əlaqəlidir. Bu cinayət işinin 2020-ci ildə bağlandığı və sonra yeniləndiyi bildirilir.