Həbsdə uşaq dünyaya gətirən qadın ömürlük cəzadan xilas oldu
Türkiyədə 14-cü dəfə ana olan qadın 472 illik cəzadan azad edilib.
Tacxeber.com xəbər verir ki, İstanbulda 36 yaşlı Ceylan Çiçək adlı qadının 189 cinayət qeydi və 20 iş üzrə axtarışı olduğu, 12 il qəti həbs cəzası və hamiləlik səbəbilə təxirə salınmış 472 il həbs cəzası olduğu müəyyən edilib.
16 yanvar 2025-ci ildə Bayrampaşa rayonunda oğurluq hadisəsi ilə bağlı aparılan araşdırma zamanı Ceylan Çiçək və Belkız Ura adlı şəxslərin kimliyi müəyyən edilib.
22 fevralda keçirilən əməliyyat zamanı hamilə olan Ceylan Çiçək tutulacağını anlayaraq pəncərədən atlayıb, lakin polis tərəfindən yaxalanıb. Onun 13 uşağı olduğu və 14-cü uşağına hamilə olduğu məlum olub.