Müsavatçının qətlə yetirən şəxsə 19 il cəza verildi.
Müsavat Partiyasının üzvü Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən 55 saylı orta məktəbin təsərrüfat müdiri Elsevər İslamova hökm oxunub.
Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Elsevər İslamov 19 il müddətə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi 2024-cü ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib.
Natiq Mehdiylə Elsevər İslamov iş yoldaşı olublar və qətlin şəxsi münasibətlər zəminində baş verdiyi iddia edilib.
Qeyd edək ki, 1964-cü il təvəllüdlü Natiq Mehdi (Ulubəy) Müsavat Partiyasının fəallarından olub.
O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.