Rus bölməsi Azərbaycan dili imtahanını onlayn formada verəcək – Məleykə Abbaszadə

Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur.
Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu imtahanlar hələlik kağız variantda keçirilir, yaxın gələcəkdə bu imtahanlar da onlayn formata keçiriləcək.