Türkiyəsiz Avropanın var olması mümkün deyil – Akar

Türkiyəsiz Avropanın var olmayacağını hamı görməli və anlamalıdır.
Tacxeber.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri və keçmiş milli müdafiə naziri Hulusi Akar deyib.
“Bu bizim ilk mesajımızdır. Hazırda NATO-nun ən böyük ordularından birinə malik, ikinci ən böyük ordusu olan Türkiyə Silahlı Qüvvələri yetmiş ildən artıqdır ki, NATO-da təhlükəsizliklə bağlı onlara düşən hər şeyi qüsursuz, tam və düzgün yerinə yetirib”, – Akar qeyd edib.