Anardan Məleykə Abbaszadəyə cavab: Bizdən kim imtahan götürəcək?!
Xalq yazıçısı Anar Rzayev Dövlət İmtahan Mərkəzi sədri Məleykə Abbaszadənin AYB üzvlərinin Azərbaycan dilindən imtahan verməsi haqda təklifinə münsibət bildirib.
Tacxeber.com teleqraf-a istinadla xəbər verir ki, Xalq yazıçısı Anar Rzayev Dövlət İmtahan Mərkəzi sədri Məleykə Abbaszadənin AYB üzvlərinin Azərbaycan dilindən imtahan verməsi haqda təklifinə belə münsibət bildirib.
“Bütün yazıçılar imtahandan keçə biləcəklərmi” sualına AYB sədri belə cavab verib: “Vallah, onu bilmirəm. Yazıçılar imtahan verməyi qəbul edəcəklər, yoxsa yox? Onları imtahanda kim qəbul edəcək, hansı suallar veriləcək, gərək bunların hamısı aydınlaşdırılsın”.