Filip Kirkorovun erməni separatçılarına dəstək olan atası vəfat etdi – FOTO

Məşhur rusiyalı müğənni Filipp Kirkorovun atası – Rusiyanın Xalq artisti Bedros Kirkorov 93 yaşında vəfat edib.
Tacxeber.com starhit.ru-ya istinadən xəbər verir ki, bu barədə Filipp Kirkorov özü məlumat verib.
“Mən artıq uşaq deyiləm. Bu gün, 18 mart 2025-ci il, saat 15:37-də atam, Rusiyanın Xalq artisti Bedros Kirkorov həyatdan getdi. Amma ürəyimdən heç vaxt getməyəcəksən. Doğmalarınızla keçirdiyiniz hər anın qədrini bilin”, – deyə Filip Kirkorov bildirib.
Xatırladaq ki, Filip Kirkorovun atası, Rusiyanın xalq artisti Bedros Kirkorov Azərbaycanın qatı düşmənidir.
O, 2-ci Qarabağ müharibəsi zamanı Rusiyada yaşayan erməni diasporu ilə birlikdə Qarabağdakı separatçılar üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) pul toplayıb.