• 20 Mart 2025 05:30

İki ölkə Şimali Koreyanı raketlə vurmağa hazırlaşır

Cənubi Koreya və ABŞ hərbçiləri Koreya Xalq Demokratik Respublikasında (KXDR) böyük yeraltı tunellər şəbəkəsini bloklamaq və onlara hücum etmək üçün təlimlərə başlayıblar. 

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Korea JoongAng Daily” qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, dörd gün davam edəcək manevrlərdə hər iki tərəfdən 370 hərbçi iştirak edir. Onlar ən son texnologiyalardan, o cümlədən pilotsuz uçuş aparatlarından, dördayaqlı və mina təmizləmə robotlarından istifadə edəcəklər.

 

Cənubi Koreya Ordusunun Quru Əməliyyat Komandanlığının kəşfiyyat məlumatlarına görə, Şimali Koreya lideri Kim Çen In və digər yüksək səviyyəli liderlər üçün genişmiqyaslı müharibə zamanı gizli qaçış yollarından istifadə üçün minlərlə tunel qazılıb.

Tacxeber.com

Oxşar xəbərlər