• 20 Mart 2025 00:58

“Nikah müqaviləsi məcburi olmalıdır” – Fazil Mustafa

Bizdə nikah müqaviləsi bildiyiniz kimi könüllüdür.

 

Tacxeber.com xəbər verir ki, bunu parlamnetin bugünkü iclasında deputat Fazil Mustafa deyib.

 

O bildirib ki, evlənmiş, ailə qurmuş şəxslərə bizim müəyyən dərəcədə nöqsanlı adətlərin təsiri var:

 

“İnsanlar bir birinə üzük aparır, qazan aparır, nə aparırsa, heç birini sənədləşdirmir. Sənədləşdirmədiyinə görə də, boşanma olan kimi bunun alınıb qaytarılmasını məhkəmənin, mediasiyanın üstünə yıxırlar. Uşaq varsa, uşağın taleyi qalır bir yana, başlayırlar ki, üzüyün qaşı dəyişib. Nikah müqaviləsi olarsa, sabah boşanma prosesi, məhkəmələrin işi uzanmaz. Nikah müqaviləsi məcburi olsa, bu kimi hallar da olmaz. Kim kimə nə apardı, nə gətirdi davası uzun çəkməz”.

Tacxeber.com

Oxşar xəbərlər