Yazıçı: Əvvəlcə Məleykə bir imla yazsın, sonra biz imtahan verərik
DİM sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxışı zamanı AYB üzvlərini Azərbaycan dili üzrə imtahandan keçməyə çağırıb.
Tacxeber.com redaktor.az-a istinadla xəbər verir ki, yazıçı Seyran Səxavət bununla bağlı qeyd edib:
“Başqa ixtisas sahiblərini deyə bilmərəm, amma yazıçılarla bağlı onu deyə bilərəm ki, biz Azərbaycan dilindən imtahan verməyə hazırıq. Bircə xırda şərtim var: bizdən 1 saat əvvəl Məleykə xanım imla yazsın, əgər yaxşı yazsa, səhvi yoxdursa, bütün yazıçılar Azərbaycan dilindən imtahan verməyə hazırdırlar. Mən xahiş edərəm, hamısı Azərbaycan dilindən imtahan verərlər.
Şükür məsləhətinə, Milli Məclisdə bir nəfər çıxışında bildirmişdi ki, evdə xanım əgər yoldaşına çay verirsə, zəhmət çəkir, ona görə xanıma pul ödənməlidir. Başqa bir çox stajlı deputat demişdi ki, Azərbaycanda boşanmalar ona görə çoxdur ki, evlənənlər çoxdur…