Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: “Həkim gəlmədi, köməkçisini göndərdi”
Baku TV-nin “Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramda müəllif və aparıcı Arzu Kəlbi liposaksiya əməliyyatından sonra dünyasını dəyişdiyi iddia olunan Rəvanə Mirzəyevanın evində olub.
Mərhumun qızının sözlərinə görə, anasında əməliyyatdan öncə problem yaransa da, müalicə alaraq sağalıb və həkimlər onu liposaksiyaya uyğun görüblər.
“Əməliyyatdan 15 gün sonra anamın ağrıları başladı. Həkimə gedəndə dedilər ki, hər şey yaxşıdır, əməliyyatdan sonra bu hal normaldır. Anamın halı pisləşəndə evdə deyildim, nənəm zəng edib “tez evə gəl, ananın vəziyyəti pisdir” dedi. Gələndə gördüm ki, o keçinib. Kaş əməliyyat olunmazdı”, – o söyləyib.
R.Mirzəyevanın anası Zümrüd Rüstəmova isə əməliyyatdan sonra qızının ayağında şiş yarandığını deyib: