Durov “WhatsApp”ı ələ saldı

“Telegram” indi 1 milyarddan çox aylıq aktiv istifadəçiyə malikdir və dünyada ən populyar mesajlaşma proqramları arasında sırf Çinə məxsus “WeChat” istisna olmaqla ikinci yeri tutur”.
Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bunu öz sosial şəbəkə səhifəsində “Telegram”ın qurucusu Pavel Durov yazıb.
“İstifadəçi məmnunluğu da artır. Ortalama olaraq, hər bir istifadəçi “Telegram”ı gündə 21 dəfə açır və hər gün tətbiqdə 41 dəqiqə keçirir. Eyni zamanda, gəlirlərimiz kəskin şəkildə artıb: 2024-cü ildə 547 milyon dollar mənfəət əldə edilib.