Planlarımızı başqalarına danışanda buna görə reallaşmırmış

Planlarımızı başqasına danışarkən beyin bunu reallıq kimi anlayır və motivasiyamızı salır.
Tacxeber.com milli.az-a istinadən xəbər verir ki, bu fikir müəyyən elmi araşdırmalara əsaslanır. Psixologiyada bu fenomen sosial reallaşma və ya hədəflərin açıqlanması paradoksu kimi tanınır. Araşdırmalar göstərir ki, planlarımızı başqalarına danışanda beynimiz bunu qismən reallıq kimi qəbul edir və dopamin səviyyəsi yüksəlir. Bu da insana sanki həmin hədəfə artıq çatmış kimi bir rahatlıq hissi verir.
Məsələn, 2009-cu ildə Nyu-York Universitetinin psixoloqu Piter Qollvitzerin apardığı tədqiqatlarda insanlar planlarını paylaşanda həmin məqsədlər üzərində işləmək üçün daha az motivasiya göstərirdi. Bunun səbəbi odur ki, sosial təsdiq almaq beynimizdə hədəfə çatmaqla bağlı mükafat mexanizmi yaradır. Nəticədə, real addımlar atmaq əvəzinə, insan psixoloji olaraq kifayətləndiyini düşünür və fəaliyyətini azaldır.