• 21 Mart 2025 02:01

Trampdan Xameneyiyə növbəti TƏHDİD: “2 ay müddətində…”

ABŞ prezidenti Donald Tramp İranın ali rəhbəri Əli Xameneyiyə yazdığı məktubda nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün İslam Respublikasına iki ay müddət verib.

Tacxeber.com “Axios”a istinadən xəbər verir ki, Tehrana verilən iki aylıq müddətin məktubun göndərildiyi andan, yoxsa danışıqların başlanmasından hesablanması aydın deyil.

Qeyd olunub ki, İran Trampın təklifini rədd edərsə və Tehranın nüvə proqramı davam edərsə, ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyat keçirmə ehtimalı xeyli artacaq.

Tramp məktubda danışıqlar təklif edib, eyni zamanda razılaşmanın əldə olunmamasının nəticələri barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Tramp martın 7-də də Xameneyiyə məktub ünvanlayaraq, İran danışıqlara getməsə, bunun nəticələrinin ağır olacağını bildirmişdi. Xameneyi isə danışıqları rədd etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər