• 21 Mart 2025 09:40

Ukrayna hücuma keçdi, Rusiyada fövqəladə vəziyyət elan edildi – VİDEO

Martın 20-nə keçən gecə Ukrayna ordusu Rusiya ərazisinə kütləvi PUA hücumu həyata keçirib. 

 

 Tacxeber.com “kommersant”a istinadən xəbər verir ki, PUA-nın zərbələrindən sonra Saratov vilayətinin Engels rayonunda fövqəladə vəziyyət elan edilib.

 

Martın 20-nə keçən gecə Rusiya ərazisi üzərində 132 PUA, o cümlədən 54-ü Saratov vilayəti üzərində vurulub. Hücum nəticəsində Engels aerodromunda yanğın başlayıb. Hərbi aerodromun yaxınlığındakı sakinlər təxliyə edilib.

 

Bir neçə nəfərin yaralandığı və xəsətxanaya yerləşdiyi bildirilir. İki uşaq bağçası, bir məktəb və 30-a yaxın fərdi evə də ziyan dəyib.

 

“Defence  Express”in verdiyi məlumata görə, PUA hücumu nəticəsində Engels aerodromunda Tu-95 və Tu-160 üçün Kh-555 və Kh-101 raketləri olan anbar məhv edilib.

 

“Videogörüntülərdə təyyarə silahları üçün atıcı silahların partlamağa davam etdiyi görünür. Başqa bir videoda isə yanacaq çənlərində baş verən yanğınlar üçün xarakterik olmayan partlayış göstərilir”, – “Defence Express” yazır.

Tacxeber.com

Oxşar xəbərlər