• 21 Mart 2025 01:03

Zelenskidən Makrona: “Konfransdayam, 15-20 dəqiqədən sonra zəng edəcəm” – ANBAAN VİDEO

Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenskiyə mətbuat konfransı zamanı zəng edib.

 

Tacxeber.com xəbər verir ki, Zelenski fransalı həmkarının zənginə cavab verib. O, hazırda mətbuat konfransında olduğunu və 15-20 dəqiqə sonra geri zəng edəcəyini bildirib.

 

Daha sonra Ukrayna lideri Makronla hər gün əlaqə saxladıqlarını qeyd edib:

 

“Biz tez-tez danışırıq. Gündə bir dəfə. Söhbətimizdən sonra mən ona yenidən zəng edəcəyəm”.

Tacxeber.com

Oxşar xəbərlər