Almaniya Rusiya neftini daşıyan tankeri müsadirə edib

Almaniya gömrükçüləri göyərtəsində təxminən 100 min ton neft daşınan “Eventin” tankerini müsadirə ediblər.
Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, Almaniya Baş Gömrük İdarəsinin qərarı ilə tanker martın 14-də Almaniya dövlətinin mülkiyyətinə keçib. Tankerin göyərtəsində daşınan neftin dəyəri təxminən 40 milyon avro qiymətləndirilir.