• 21 Mart 2025 21:26

Amerika İranı niyə vurmur?  

İran alınmaz qaladır: 3 tərəfi dağ, 1 tərəfi okean .

 

1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn İran İslam İnqilabı baş verdi. İnqilabın lideri Ruhullah Musəvi Xomeyni İranı islam respublikası elan etdi və şiəlik dövlət səviyyəsində ideologiyaya çevrildi . İnqilab Məhəmməd Rza şah Pəhləvinin ABŞ-la çox isti münasibətdə olmasından qaynaqlanıb. Cənab Xomeyninin gəlişindən dərhal sonra şah dönəmində Amerikaya aşırı səviyyədə dost olan İran Amerikanın ən qatı düşməninə döndü. “Amerikaya ölüm” elə o vaxtdan İranda ən çox səsləndirilən şüar oldu.

 

1979-cu il noyabrın 4-də “İmamın yolçuları” sayan bir qrup iranlı tələbə Vaşinqtonun Tehrandakı səfirliyinin 66-sı ABŞ vətəndaşı olmaqla 99 əməkdaşını girov götürdü. Onlar ABŞ-dan Məhəmmədrza şah Pəhləvinin ekstradisiyasını tələb ediblər. Elə o vaxtdan da ABŞ-la İran arasında münasibətlər gərgindir. Noyabrın 4-dü hər il İranda “Qlobal İmperializmlə Milli Mübarizə Günü” keçirilir. 1981-ci ildən isə ABŞ-la İran arasındakı diplomatik münasibətlər kəsilib.

 

Demək olar ki, hər gün Qərb mediasında Amerika-İran düşmənçiliyini özündə əks etdirən xəbərlərlə üzləşirik. Məsələn, elə bu gün olan bir neçə xəbərə nəzər salaq. “Reuters” xəbər yayıb ki, İranın ali dini lideri Əli Xamneyi cümə günü deyib ki, Tehranın regionda heç bir vəkil gücü yoxdur və İranın dəstəklədiyi qruplar müstəqil fəaliyyət göstərir.

 

ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranın Yəməndə dəstək verdiyini Husi qruplaşması tərəfindən həyata keçirilən istənilən hücuma görə İranı məsuliyyət daşıyacaq.

 

Agentlik onu da qeyd edir ki, İranın dini lideri Vaşinqtonu növbəti dəfə hədələyib: “Amerika bilməlidir ki, İrana müdaxilə etsə, qulağının dibindən şapalaq alacaq”. Əlbəttə, dövlətlərarası münasibətlərin bu səviyyəyə enməsi təəssüf doğurur.

 

İkinci xəbər daha maraqlıdır. “Cbsnews.com” xəbər verir ki, Dövlət Departamentinin mətbuata bəyanatında deyilir ki, Emily Liu 3 əməkdaşı ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli şirkətlərə ABŞ elektron komponentlərini ötürüb. Mal isə Cinə çatmalıymış. Dron istehsalında gərəkən həmin komponentlərdən İrana istifadə edib.

 

Federal Təhqiqat Bürosu bu xanımı axtarır. ABŞ rəsmən bu xanımın həbsinə yardım üçün 15 milyon dollar mükafat elan edib.

 

“The Times Of Israel” isə yazır ki, İsrailin strateji məsələlər üzrə naziri Ron Dermer Amerika rəsmiləri ilə Vaşinqtonda görüşəcək. Görüşdə İranın nüvə proqramı, ABŞ-İran danışıqları kimi məsələlər müzakirə olunacaq.

 

Orta olan gərginliyə baxmayaraq Amerika İranı vurmur. Daha doğrusu vura bilmir. Niyəsini isə mütəxəssislər belə izah edir: Nüvə silahı əldə etməyə cəhddə suçlanan İranın coğrafi baxımdan böyük üstünlüyü var. Bütün böyük şəhərlər ölkənin şimalında yerləşir və hərbi hissələri oraya aparıb çıxarmaq müşkül məsələdir. İran ərazi baxımından nəhəngdir, dünyanın 17-ci ən böyük ölkəsidir. Onun sahəsi 1 milyon 684 min kvadrat kilometrdir. Bu o deməkdir ki, onun ərazisi Fransa, Almaniya, Hollandiya, Belçika, İspaniya və Portuqaliyanın – Qərbi Avropanın birləşmiş ərazilərindən daha böyükdür. Təqdim olunan xəritələrdə biz bu böyüklüyü görmürük. Ancaq bu, reallığı dəyişmir.

 

ABŞ İranı vurmaq istəyir. Bu, birmənalıdır. Məsələn, “The Jerusalem Post” yazır ki, D.Tramp İrana 2 ay vaxt verib. İranın ali dini lideri Əli Xamneyiyə məktubunda yeni nüvə sazişinin əldə edilməsinin vacibliyi vurğulanıb. “Prezident Tramp öz məktubunda Ayətullah Xameneiyə İranın nüvə proqramı ilə bağlı mübahisəni diplomatik yolla və çox tez bir zamanda həll etmək istədiyini bildirib. Bu mümkün olmasa mübahisənin həllinin başqa yolları olacağını söyləyib. Bu müddət ərzində İran Amerika ilə anlaşmasa, hücum reallaşa bilər. Qəzet onu da bildirir ki, avropalılar da İrana xəbərdarlıq ediblər: İyun-iyul aylarına qədər razılıq əldə olunmasa, “bu ölkəyə əhəmiyyətli sanksiyalar dalğası tətbiq olunacaq”.

 

Gördüyünüz kimi, İran ətrafında çənbər getdikcə daralır.

 

Hələ uzaq 2009-cu ildə Amerika prezidenti Barak Obama Amerikanın İrana qarşı hava hücumları həyata keçirəcəyini bəyan etmişdi. Ancaq buna cəsarət etmədilər. Bəzi müşahidəçilər deyir ki, İranı bombalamaqla bu ölkəni nüvə silahı əldə etmək arzusundan çəkindirmək olmaz. Bunun üçün İranı işğal etmək və bu ölkədə Amerikapərəst rejim yaratmaq lazımdır. Bu isə son dərəcə çətin məsələdir.

 

Tez-tez belə bir sual ortaya çıxır ki, nədən Amerika İranı niyə vurmur? Bu suala müxtəlif cavablar var. Ən populyar cavab isə odur ki, İran şiə islamın bayraqdadırıdr. İranın vurulması şiəliyin ciddi şəkildə zəifləməsinə gətirib çıxara bilər. Bu isə yaşı əsirləri aşan sünni-şiə düşmənçiliyini günəlikdən çıxarar. Qərb, xüsusi ilə ABŞ Yaxın Şərq siyasətini sünni-şiə düşmənçiliyinə istinadən həyata keçirir və bu amildən məharətlə yararlanır. Məsələn, ABŞ sünni körfəz ölkələrini İranla qorxudaraq varlı orada açıq şəkildə soyğunçuluq siyasəti yeridir.

 

Təəssüf ki, sünni və şiə müsəlmanlar arasında mövcud olan qarşıdurma hələ də Yaxın Şərqin siyasi və dini dinamikasını formalaşdıran mərkəzi xüsusiyyətlərdən biri olaraq qalır. Düşünün ki, Sələfiyyə məzhəbinin nüfuzlu alimlərindən olan Əhməd Təqiyyəddin Əbu əl-Abbas ibn Əbdülhalim ibn Teymiyyə hələ XIII əsrdə yazır ki, şiələr yəhudilərdən, xristianlardan və bütpərəstlərdən daha azğındır. Şiələr səlib döyüşçüsü və monqol kimi bir şeydir. Ən pisi odur ki, VII əsrdən başlayan sünni-şiə ayrımçılığı XXI əsrdə daha radikal forma alıb. Və Qərb bu amildən öz maraqları naminə məharətlə yararlanır.

 

Kiçik bir haşiyə çıxaraq deyim ki, 1618-1648-ci illərdə Avropada Otuzillik müharibə baş verdi. Katoliklərlə protestantlar arasında qığın oldu. O vaxt təkcə Almaniyada 8 milyona yaxın protestant öldürüldü. Fransada katoliklər o qədər protestant öldürüb Sena çayına atmışdı ki, çayın axarının qarşısı kəsilmişdi. Yaşadığım İsveçrədə elə kantonlar var ki, katolik-protestant qırğınına görə iki yerə bölünüb. Kantonun yarısında katoliklər, digər yarısında isə yalnız protestantlar yaşayır. XX əsrin əvvəllərində Hollandiyada katolik və protestant olan ər-arvad dünyadan köçüb. Ancaq onların eyni qəbiristanlıqda dəfn olunmasına belə imkan verməyiblər.

 

Bəli, Qərb də dini ayrımçılığın ən iyrənc formasını yaşayıb. Ancaq bu dövr çoxdan arxada qalıb. Nə yazıq ki, İslam dünyası hələ də bu problemin aradan götürülməsinə nail olmayıb. Ona görə də Qərb ölkələri bu amildən məharətlə Islam Dünyasına qarşı məharətlə istifadə edirlər.

 

Bəli, Amerikanın hərbi gücü ağlasığmaz dərəcədə yüksəkdir. Ona görə də amerikan ordusu İraqı və Əfqanıstanı asanlıqla işğal etdi. Ancaq İran adıçəkilən ölkələrdən qat-qat güclüdür. Amerika İranda elə asanlıqla qələbə əldə edə bilməz. Bir önəmli məqam da var: İran şiə ideologiyasına söykənən ölkədir. Yəni ideoloji baxımdan böyük gücə sahibdir.

 

Mütəxəssislər deyir ki, İran bir alınmaz qaladır. Təbiət ona belə bir üstünlük verib. Belə ki, İran üç tərəfdən dağlarla əhatə olunub, dördüncü tərəfdə isə okean yer alır. Nəzəri baxımdan İranın mərkəzindəki boş çöllərdən keçib bu ölkəni fəth etmək olar. Ancaq bu, Amerikaya son dərəcə baha oturar. Amerika ordusu böyük itkilər verə bilər ki, bu da amerika xalq tərəfindən hiddətlə qarşılanar.

 

Okeandan İrana girmək son dərəcə təhlükəlidir. Fars körfəzinə daxil olmaq isə Amerika donamasını çıxılmaz vəziyyətə sala bilər. Çünki burada xeyli balaca ada var, sahillər girintili-çıxıntılıdır. Yəni Amerika donamasının manevr imkanları ciddi şəkildə zəifləyir, bu azmış kimi, Amerikanın hərbi gəmiləri İran üçün asan nişangaha çevrilirlər.

 

Ancaq başqa variantlar da var. Məsələn, Amerika İraq, Türkiyə, Azərbaycan, hətta Ermənistan üzərindən bu hücumu təşkil edə bilər.

 

Bəllidir ki, 2003-cü ildə İraqa girmək istəyən Amerikaya NATO-dakı müttəfiqi Türkiyə öz üzərindən keçid vermədi. Amerika qoşunları İraqdan da İrana keçə bilməz. Çünki İraqda hələ İran güclü mövqelərə malikdir. Balaca Ermənistan bu işə heç vaxt razı olmaz. Azərbaycanın da belə bir işə razılıq verməsi mümkünsüz görünür. O da bəllidir ki, İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) Amerika ordusunun Fars körfəzindən və Hind Okianından hücumunun qarsısın alınması üçün xüsusi plan işləyib hazırlayıb.

 

İranın hərbi doktrinasında “Mozaika müdafiəsi” adlı xüsusi plan var. Bu plan işğalçılara qarşı İran coğrafiyasının verdiyi üstünlüklərdən məharətlə yararlanmaq düşüncəsinə söykənir.

 

Elbəyi Həsənli – Sürix

Yazı Qərb mənbələrinə istinadən hazırlanıb.

Tacxeber.com

Oxşar xəbərlər