Kəmalə Günəşli universiteti bir-birinə qatdı – Xəzərdən SƏRT CAVAB – VİDEO

Martın 19-da Xəzər Universitetində Novruz bayramı münasibətilə keçirilən tədbirdə çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub.
Tacxeber.com “Globalinfo.az”a istinadən xəbər verir ki, tələbələrin müğənni Kəmalə Günəşlinin ifa etdiyi mahnıya rəqs etmələri birmənalı qarşılanmayıb.
Bir çoxları bu cür bayağı nümunənin ali təhsil ocağına yaraşmadığını, universitetlərdə belə mahnıların təbliğinin yanlış olduğunu bildirib.
Adətən, tələbələr Kəmalə Günəşlinin mahnısına oynayanda çox tənqid edilir, həm də buna universitet şərait yaratmamalıdı deyilir. Başqa bir qrup da bildirir ki, toylarda da həmin ifa səslənir, normal haldır.
Tələbələri buna görə qınamaq olarmı?
Məsələ ilə bağlı Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli görüntülərin bu cür təqdim olunmasını onlara qarşı xoşagəlməz siyasət adlandırıb.
Onun sözlərinə görə, şənlikdə onlarla xalq musiqisi ifa olunub:
“Həmin görüntüləri “Azərbaycan Universitetləri” səhifəsi yayıb. Nəzərinizə çatdırım ki, orda aşıq musiqiləri, xalq mahnıları səsləndirilib, Aşıq Ramin özü də orda olub, aşıq havasını sazda canlı ifa edib. Niyə bunlar yox, məhz Kəmalə Günəşliyə aid olan hissə yayılıb?! O tədbirdə təklif olunan mahnıları siyahıdan çıxarmışdıq. İfa olunan mahnı da rəsmi hissədən sonra olub. Lap tələbələr orada rəqs ediblər, bu, pis əməldir bəyəm? Xuliqanlıq etməyiblər, kiməsə sataşmayıblar”.
Ə.Əmirbəyli bu cür mahnıların yayılmasında televiziyaları günahlandırıb:
“O mahnıları Azərbaycanın bütün televiziyalarında səsləndirirlər. Bəs onlara niyə irad bildirən yoxdur?! Əslində, gənclərin bu cür mahnıları dinləməsinin əsas səbəbkarı məhz televiziyalardır! Bizi belə tanıtmaq yanlış siyasətdir. Necə olur, şəhid tələbəmizin xanımına diplom təqdim edirik, onu yayan olmur, amma tələbələrin rəqsini dərhal yayırlar?! Adamın musiqisi trend olub, qarşısını almağımız mümkün deyil.