Putindən miqrantlarla bağlı gözlənilməz FƏRMAN

Putin Rusiyada miqrantların məşğulluğunun sadələşdirilməsi haqqında fərman imzalayıb.
Tacxeber.com xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi portalında yerləşdirilib.
Sənədə əsasən, əcnəbilər barmaq izi alındıqdan sonra Rusiya Federasiyasında patentsiz işləyə biləcəklər.
Miqrantlar barmaq izindən əlavə, narkotik və təhlükəli yoluxucu xəstəliklərlə bağlı tibbi müayinədən də keçməlidirlər.