• 26 Mart 2025 09:39

Tramp: Tezliklə Ukrayna ilə saziş imzalayacağıq

ABŞ və Ukrayna ən qısa zamanda Ukraynanın resursları ilə bağlı  məlum sazişi imzalayacaq. 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

 

“Bizim gördüyümüz işlərdən biri də yaxın gələcəkdə Ukrayna ilə nadir torpaq metalları üzrə saziş imzalamaqdır”, – Tramp qeyd edib.
Tramp bildirib ki, o, ABŞ-ın kritik resursların çıxarılması ilə bağlı sərəncam verib. “Bir az öncə mən də mühüm mineralların və nadir torpaq metallarının istehsalını kəskin şəkildə artırmaq üçün sərəncam imzaladım. Bu, ölkəmiz üçün mühüm vəzifədir. Bildiyiniz kimi, biz həm də dünyada nadir torpaq metallarının, mineralların və daha çoxunun işlənməsi üçün müxtəlif ölkələrlə müqavilələr imzalayırıq, xüsusən də Ukraynada”, – o vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər