İmamoğlunun təqsirləndirildiyi maliyyə cinayətləri ilə bağlı istintaq tərəfindən hazırlanan hesabatın təfərrüatları məlum olub

İstanbul Böyükşəhər Bələdiyyəsi və bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı terror və korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hazırladığı hesabatın təfərrüatları məlum olub.
Tacxeber.com-ın “Haber Global”a istinadən xəbərinə görə, hesabatda FETÖ üzvü olduğu üçün həbs edilən Aydın Böyükşəhər Bələdiyyə sədri Özlem Çerçioğlunun müşaviri olan Erkan Karaarslan ilə Əkrəm İmamoğlu arasında 1 milyon 754 min türk lirası dəyərində məsləhət müqaviləsi bağlandığı bildirilib.
Hesabatda Əkrəm İmamoğlunun adına müxtəlif yollarla əldə edilən çoxlu sayda daşınmaz əmlak qeydlərinin olduğu və onun Balıkəsir, İstanbul və Çanaqqala vilayətlərində satış yolu ilə 17 daşınmaz əmlak əldə etdiyi bildirilib.