İsrail Türkiyə Dostluq Xəstəxanasını vurdu
İsrail ordusu Qəzzanın şimalında Fələstin-Türkiyə Dostluq Xəstəxanasını partladıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
İsrail ordusunun bəyanatında xəstəxananın HƏMAS tərəfindən hərbi komandanlıq mərkəzi kimi istifadə edildiyi və İsrail qüvvələrinə hücumların onun ərazisindən həyata keçirildiyi iddia edilib.